RU

Kliniki Tibbi Mərkəz modeli sovet dövründə yaxşı işləyirdi - Nazir müavini

Kliniki Tibbi Mərkəz modeli sovet dövründə yaxşı işləyirdi.

FED.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Səhiyyə İdarəçiləri Zirvəsi" çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, zaman keçdikcə dünyanın qabaqcıl inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanmağa başlanıldı:

"Sovet sistemindən müasir idarəçilik sisteminə keçid dövrü oldu. Bu müddətdə ölkədə səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində xeyli iş və islahatlar icra olunub. Maddi-texniki bazanın gücləndirilməsi də əsas faktordur. Misal olaraq, bu müddət ərzində 800-ə yaxın tibb müəssisəsi ya yenidən qurulub, ya da əsaslı təmir olunub. Tibb təhsili sistemində ciddi islahatlar aparılıb".

Nazir müavini əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi ilə səhiyyənin maliyyələşməsi xeyli artıb, eləcə də vətəndaşların tibbi xidmətlər üçün cibdən xərcləri azalıb:

"Müasir səhiyyə idarəçiliyi pasiyentyönümlü yanaşmadır. Hər bir vətəndaşın hüququ var ki, düzgün yerdə düzgün kadr tərəfindən düzgün tibbi yardım ala bilsin" (Trend).

Избранный
15
6
fed.az

7Источники