RU

Naxçıvanda Maliyyə Forumu keçirilir

Bu gün Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu öz işinə başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri iştirak edir.

Tədbir çərçivəsində rəsmi çıxışlar, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarxın təqdimatı və panel müzakirələr nəzərdə tutulub.

Qeyd edək ki, Maliyyə Forumunun əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.

Избранный
8
3
far.az

8Источники