RU

Ağ Ev: ABŞ-ın köməyi olmasa, Ukrayna Rusiya ilə danışıqlarda zəifləyəcək

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Vaşinqton Kiyevə dəstək bəyanatlarından geri çəkilərsə, Ukraynanın Rusiya ilə mümkün danışıqlarda mövqeyi zəifləyə bilər...

Poliqon xəbər verir ki, Ağ Evin nümayəndəsi Nyu Yorkdakı 92NY mədəniyyət mərkəzində çıxışı zamanı fikirlərini bölüşüb.

Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller vurğulamışdı ki, mümkün danışıqlar məsələsi, eləcə də onların vaxtı xarici təzyiq olmadan Kiyevdə həll edilməlidir.

"Hesab edirəm ki, hazırkı və sonrakı administrasiya Ukraynaya kömək etmək və onu müdafiə üçün lazım olan hər şeylə təmin etmək istəyini nümayiş etdirməlidir. Bu, danışıqlar masasında yaxşı nəticə əldə etmək üçün bir rıçaq olacaq. Əgər biz gedib desək ki, bunsuz da sövdələşməyə gedəcəyik, o zaman Ukrayna danışıqlarda ən yaxşı mövqeyə qoyulmayacaq", deyə Sallivan bildirib.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp demişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski münaqişəni tez həll etmək üçün Rusiya ilə güzəştə getməyə hazır olmalıdır. Respublikaçının fikrincə, Ukrayna hakimiyyəti Rusiya silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərə nəzarəti bərpa etməyə çalışmamalıdır.

Poliqon.info

Избранный
34
28
poliqon.info

10Источники