İspaniyanın “Barselona” klubu futbolçusu Lamin Yamalın sözləşməsinin müddətini artıqmaq niyyətindədir.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə gənc oyunçunun agenti Xorxe Mendeş açıqlama verib.
O bildirib ki, “Barselona”nın idman direktoru Deko ilə 2023-cü ilin yayına təyin edilmiş “iki mərhələli yenilənmə” planı qüvvədə qalır. Forvard yalnız 2026-cı ilə qədər sözləşmə imzalayıb. Çünki FIFA məhdudiyyətləri azyaşlı idmançıya 3 ildən çox müddətə müqavilə imzalamağa imkan vermir. Bununla əlaqədar tərəflər anlaşmanın müddətini Yamal 18 yaşı tamam olanda 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lamin Yamalın bazar dəyəri 150 milyon avrodu.