RU

Dini və milləti olmayan terrora qarşı duran tək güc türklərdir - Suriyada yaşananlardan çıxarılacaq dərslər    

Dünya bir tərəfdən Suriyada sülhün təməlinin qoyulmasına, yüzminlərlə köçkünün öz vətəninə qayıtmasına sevinərkən, digər tərəfdən rejimin bu illər ərzində həbsxanalarda verdiyi işgəncələrin şokundadı. Hitlerin ölüm kamplarından daha betər olan Suriya həbsxanalarındakı işgəncə üsulları bütün dünyanı dəhşətə salıb.

Yüz minlərlə insana dəhşətli işgəncələr verilib, təcavüzə məruz qoyulub. Bunların arasında qadınların və uşaqların olması isə xüsusilə üzücüdür. Suriyanın “islam dövləti” olması isə bir başqa təəssüfedici vəziyyətdir. Həbsxanadan yayılan görüntülərdə qadınlara və uşaqlara edilən işgəncələri gördükcə ilk ağla gələn də elə bu: axı islamda qadına, uşağa işgəncə verilməsi yoxdur. Əksinə İslam insana ən böyük dəyər verən din! Xeyr bu faşizmin, bu zülmün islamla bağlılığı ola bilməz. Bəşər Əsədin siyasi təşkilatı olan BƏƏS marksist-sosialist düşüncəyə əsaslanmaqla, birbaşa ateist ruhlu olmasa da, BƏƏS İslam dinindən siyasi alət kimi istifadə etməyə tam bəraət qazandırır. Əsəd rejiminin hakimiyyətə gəlməsi və formalaşmasında Suriyada sayı 5 milyonu ötən Ələvilər icmasının böyük rolu olub. Həmin ərazidə Osmanlının parçalanmasından sonra, Ələvilər dövləti yaranmışdı. Amma əslində, nə Hafizin, nə də Bəşərin istər ələviliyə, istərsə də şiəliyə və ümumiyyətlə, İslama ruhən bağlılıqları olmayıb.

Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, dini ocaqlarımızı, məscidlərimizi təhqir etmiş və orada donuz saxlamışdı, “müsəlman” Bəşər Əsəd də var gücü ilə Ermənistana dəstək verirdi. Suriyada Əsədə tabe olan batalyonlar, muzdlu qatillər Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən bizə qarşı döyüşüb, vətəndaşlarımızı qətlə yetiriblər. Suriyadan gələn muzdlular azərbaycanlı əsirlərə divan tutub, onları işgəncə ilə qətlə yetiriblər. Belə islam olmaz! Xocalıda azərbaycanlı qadınlara, Çində Uyğur türklərinə, Suriyada ərəblərə, türkmənlərə və digər millətlərə verilən işgəncələri icra edənlərin dini nə xristian, nə müsəlman, nə buddist ola bilməz! Bu insanlıqdan və dindən uzaq bir qaniçən dəstənin əməlləri!!!

Təəssüf ki, dünya bu əməllərə öz maraqlarına uyğun gəldikcə sakitcə seyr edən güclərin əlində. Necəki, illərlə Azərbaycanın “Xocalıya ədalət” harayı eşidilməz oldu. Amma bu ədaləti Azərbaycan öz gücünə təmin etdi. Bu gün də eyni missiyanı Suriyada Türkiyə həyata keçirməkdədir. Təbii ki, Türkiyə rəsmi şəkildə Suriyada hansısa rol oynamır. Amma Ankara uzun müddət müxalifəti dəstəkləyib, Milli Suriya Ordusu və Milli Suriya Şurası şəklində quruluşlara da dəstək verib. Həmin qruplar da Əsədə qarşı koalisiyada yer aldılar. Bu mənada, Türkiyə Suriyada zülmün bitməsi, sülhün bərpası üçün ortaya iradə qoyan tək dövlətdir. Türkiyə Suriyada nəzarətsiz qaydada, ətrafında bəzi terror qruplarının, terrorçuların cəmləşdiyi dövlətin qurulmasına qarşı çıxdı və bu prosesdə qalib oldu. Eyni zamanda, Türkiyədə milyonlarla suriyalı qaçqın var ki, onlar artıq öz vətənlərinə geri dönürlər. Zamanında bu qaçqınlara quçaq açmaqlada Türkiyə müsəlman şərqində öz barış niyyətini göstərmişdi. Türkiyə kimi bir dövlət sərhədləri yaxınlığında baş verən qanunsuzluğa heç vaxt laqeyd qala bilməz və əvvəl-axır terrorçular bölgədən təmizlənməlidir. Zaman sübut etdi ki, bölgədə barışın tək qarantı Türkiyədir. Zaman sübut etdi ki, Türkiyənin məqsədi kiminsə etnik və dini kimliyi ilə deyil, terrorla mübarizədir.

Tarixin hər bir dönəmində zalımın qarşısında olan türklər Suriyada da qansız Əsəd rejimi ilə qarşı-qarşıya gəldilər və zəfər sonunda yenə inananların oldu.

Tənzilə Rüstəmxanlı - Azərbaycan Milli Məclisinin deputatı

Poliqon.info

 

Избранный
9
8
poliqon.info

9Источники