Türkiyənin 9 vilayətində FETÖ terror təşkilatına qarşı həyata keçirilən "Kıskaç-31" əməliyyatları çərçivəsində 41 şübhəli saxlanılıb.
Korrespondent.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikayanın açıqlamasında deyilir.
Bildirilib ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik üzrə Baş İdarəsinin Terrorla Mübarizə, Kəşfiyyat və Korrupsiya ilə Mübarizə şöbələrinin koordinasiyası ilə FETÖ-yə qarşı Ankara, İstanbul, Kayseri, Muş, Bursa, Aydın, İzmir, Ordu və Tekirdağda "Kıskaç-31" əməliyyatları keçirilib.