RU

“13 ildə Suriyaya 33 milyard avro xərcləmişik”- Ursula fon der Lyayen

2011-ci ildən bəri 13 il ərzində Avropa İttifaqı beynəlxalq donorlardan Suriyaya dəstək üçün 33 milyard avro toplayaraq xərcləyib.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.

“2011-ci ildən bəri beynəlxalq donorlar Suriya üçün 33 milyard avro toplayıb”, – Lyayen bildirib.

Dekabrın 17-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında o, Avropa İttifaqının Suriyadakı ehtiyac sahiblərinə pul göndərildiyini xatırladıb. Lyayen bu vəsaitin Suriyada hansı qüvvələrə və bölgələrə daxil olduğunu açıqlamayıb.

Azpost.info

Избранный
15
azpost.info

1Источники