RU

Kobaxidze Zurabişvilinin Avroparlamentdəki çıxışını şərh etmədi – “O, artıq maraqlı deyil”

“Salome Zurabişvili artıq maraqlı deyil, buna görə də onun fəaliyyətinə xüsusi aksent etmək istəmirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərin prezidentin Avropa Parlamentindəki çıxışı ilə bağlı sualına cavabında deyib.

Onun sözlərinə görə, S.Zurabişvilinin aktuallığı dekabrın 29-dan itəcək.

“Onun prezident postunda heç iki həftəsi qalmayıb. Dekabrın 29-dan etibarən o, aktuallığını tamamilə itirəcək”, - İ.Kobaxdize qeyd edib.


Müəllif: Cəmilə Babayeva
Избранный
11
teleqraf.com

1Источники