RU

Vüqar Gülməmmədov: Naxçıvanda aparılan auditlər və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir

Müvafiq tapşırıqlardan irəli gələn məsələlər Naxçıvanın inkişafı üçün hazırlanan strateji sənədlərdə öz əksini tapıb. Həmçinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" bəndi nəzərdə tutulub.

Bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Ötən il maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsinə dair Naxçıvanda keçirilən tədbirdəki çıxışımda dövlət sektorunda maliyyə şəffaflığının və hesabatlılığının minimal tələblərini səsləndirmişdim. Həmin tədbirdən 1 ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində apardığımız auditlər və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir”, - deyə Palata sədri qeyd edib.

Səbuhi HƏSƏNOV,
“XQ”nin bölgə müxbiri

Избранный
12
8
xalqqazeti.az

9Источники