RU

Bakı və Ankara ilə dost olmalıyıq – Erməni siyasətçi

“Rusiyanın bölgədəki “təhlükəsizlik çənbərini” Qərb deyil, Türkiyə dolduracaq. Çünki regionda Qərbin təminatçısı Türkiyədir”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın “Respublika Naminə” partiyasının rəsmisi Arnold Bleyan deyib.
O bir sıra maraqlı mətləblərə də toxunub. Bleyan bildirib ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı erməni cəmiyyətini aldadıblar. “2016-cı ilin dördgünlük müharibəsini Ermənistanın qələbəsi kimi təqdim edərək, bizi aldadıblar. O zaman deyirdilər ki, guya, Azərbaycan Rusiyanın yanına qaçaraq müharibəni dayandırmaq üçün bizə yalvarıb. Əslində isə bu, əksinəa olub. Bu hadisə Ermənistanın güzəştə getməsi üçün bir müqəddimə və xəbərdarlıq idi”.
Erməni siyasətçinin sözlərinə görə, Rusiyanın əsas problemi Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsidir. “Çünki Rusiyanı əslində bu regiondan çıxaracaq və biz dövlət olaraq qalmaq istəyiriksə, Türkiyə və Azərbaycanla münasibətlərimizi tənzimləməliyik”.
Bleyna onu da deyib ki, əsl reallıq Rusiyanın Ermənistan üçün əsas təhlükə olmasıdır. “Bu gün Ermənistanın əsas düşməni Azərbaycan və Türkiyə deyil. Bu düşmən Rusiyadır”.

Избранный
10
tribunainfo.az

1Источники