RU

Dünyanın iki məşhur avtomobil şirkəti BİRLƏŞİR

Yaponiyanın “Honda Motor” və “Nissan Motor” şirkətləri Çin avtomobil istehsalçılarının artan rəqabəti və elektriklə işləyən avtomobillərə gözləniləndən daha aşağı istehlak tələbi səbəbindən birləşmək üçün ilkin danışıqlara başlayıb.

Demokrat.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, hər iki şirkət “onlara daha yaxşı rəqabət aparmağa imkan verəcək kombinasiyanı araşdırır”. Planın baş tutacağı təqdirdə qlobal avtomobil sənayesində 52 milyard dollarlıq sərvəti olan nəhəng avtomobil istehsalçısı ortaya çıxacaq. ABŞ-ın “Tesla” və Çinin BYD şirkətləri ilə rəqabət aparmaq üçün böyük investisiyalar cəlb edəcək bu şirkət “Toyota” və “Volkswagen” konsernlərindən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq.

Ötən ilin eyni dövrü ilə müqayisədə satış həcmini 40 faiz artıran Çinin aparıcı avtomobil istehsalçısı BYD 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə “Honda” və “Nissan” şirkətlərini qabaqlayaraq dünya bazarında yeddinci yeri tutub.

Избранный
9
2
demokrat.az

3Источники