RU

Bakıda dəhşətli cinayət: Qeyri-rəsmi nikahda yaşadığı qadının başına daşla vurub öldürdü - YENİLƏNİB + FOTO

Dünən axşam Bakıda 33 yaşlı qadının başına daşla vurulub öldürülməsi hadisəsinin bəzi detalları məlum olub.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayətdə şübhəli bilinərək tutulan 29 yaşlı İgid Rəcəbzadə ilə qətlə yetirilən Elnarə İbrahimova qeyri-rəsmi nikahda yaşayırmış.
 
Lənkəran rayon sakini olan cütlük paytaxtda ev kirayələyərək birgə qalıb.
 
Həmçinin E.İbrahimovanın kafedə ofisiant kimi işlədiyi bildirilir.
 
İlkin məlumata görə, İ.Rəcəbzadə Maştağa qəsəbəsində küçədə Elnarə ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, yerdən daş götürərək qadının başına vurub.
 
Ağır xəsarətlər alan Elnarə İbrahimova həyatını itirib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
 
12:50
 
Dekabrın 17-si saat 17 radələrində Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam etdirilir.
 
Избранный
24
10
moderator.az

10Источники