RU

Azərbaycan cəmiyyətində dezinformasiyalara qarşı immunitetin formalaşdırılır: “Bu kimi tədbirlər davamlı olmalıdır”

“Son zamanlar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində feyk informasiyalar, saxta məlumatlar sosial mediada və bəzi xəbər saytlarında ön plana çıxır. Bununla isə həm dövlətlər, həm böyük media subyektləri, həm də sosial şəbəkələr özləri də mübarizə aparır. Hətta bəzi ölkələr dezinformasiyalarla bağlı qanunlar da qəbul edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, ölkəmizdə son illər bu istiqamətdə çox ciddi işlər aparılır:

” Xüsusilə Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra cəmiyyətin media savadlılığı probleminin ortaya qoyulması Azərbaycan media seqmentində saxta məlumatların yayılması ilə mübarizədə çox böyük yardımçı olub. Bu həftə də Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” həftəsinin keçirilməsi, bu istiqamətdə aparılan maarifləndirmə işləri, xüsusilə gənclər, cəmiyyətin aktiv təbəqələri arasında aparılan bu işlər növbəti mərhələlərdə Azərbaycanın media və sosial şəbəkə seqmentində də dezinformasiyaların azalmasına gətirib çıxaracaq. Eyni zamanda, aparılan işlərin əsas məqsədlərindən biri oxucuların hansı məlumatın həqiqi və ya feyk olduğunu ayırd etməsinə yardımçı olmaqdır. Xüsusilə Vətən müharibəsi və ondan sonrakı günlərdə Azərbaycanda sosial şəbəkə istifadəçilərində də media savadlılığı vərdişləri formalaşdı. Daha sonra aparılan məqsədyönlü maarifləndirmə işlərində artıq biz cəmiyyətimizin media savadlılığına yiyələnməsinin şahidi olduq”.

H.Heydərli qeyd edib ki, oxucu doğru xəbərlə feyk xəbəri ayırd etmək üçün ilk növbədə xəbəri yayan mənbənin səhiliyini bilməlidir:

“Ümumiyyətlə, ilk sual o olmalıdır ki, xəbəri yayan media subyektinə güvənmək olar, yoxsa yox? Həmin media subyektinin media reyestrinə keçib- keçmədiyini, hüquqi ünvanı olub-olmadığını, eyni zamanda, bundan öncəki fəaliyyətində məhz feyk xəbərlər yayıb-yaymadığı müəyyənləşdirilməlidir. Ancaq ümumilikdə Azərbaycan cəmiyyətində dezinformasiyaya qarşı immunitetin formalaşdığını demək olar. Xüsusilə media peşəkarları, rəhbərləri və jurnalistlərin təlimlərə cəlb olunması, bu istiqamətdə aparılan görüşlər, seminarlar da artıq öz nəticəsini verməyə başlayıb. “Media Savadlılığı” həftəsi bu konteksdə çox önəm daşıyır və bu kimi maarifləndirmə tədbirləri davamlı olmalıdır. Bundan sonra isə artıq Azərbaycan cəmiyyətinin media savadlılığına yiyələndiyinin, dezinformasiya qarşı amansız mövqedə olan, həm də bir növ artıq jurnalistlər kimi feyk xəbərlərlə mübarizə apardığının şahidi olacağıq”.

//Gülnarə Abasova, Editor.az

Избранный
7
2
editor.az

3Источники