RU

Almaniya Ukraynaya məxsus silahların təmiri mərkəzini bağlayır

Almaniya Slovakiyanın şərqində yerləşən Ukrayna hərbi texnikasının təmiri mərkəzini bağlamaq qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə DPA məlumat dərc edib.

Bundesver nümayəndəsinin sözlərinə görə, bu qərarın səbəbi şərtlərin dəyişməsi və təmir işlərinin həddindən artıq mürəkkəbliyi ilə bağlıdır.

“Almaniya uzun sürən danışıqlardan sonra indi Slovakiyada təchiz edilmiş iri Ukrayna hərbi texnikasının təmiri mərkəzini bağlamaq istəyir”, - materialda deyilir.

Almaniya ABŞ-dən sonra Ukraynaya ikinci ən böyük silah tədarükçüsüdür. Bir neçə hərbi texnikanın təmiri mərkəzinin işçiləri Almaniya istehsalı olan iri texnikaları, o cümlədən “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğularını, “Dingo” zirehli personal daşıyıcılarını, MARS II reaktiv yaylım atəş sistemlərini və “Gepard” özüyeriyən zenit silahlarını təmir edirlər.

Slovakiyadakı təmir mərkəzi isə 2022-ci ilin sonundan fəaliyyət göstərir. Son vaxtlar Slovakiyanın baş naziri Robert Fitso Ukrayna məsələsində Brüssel ilə üst-üstə düşməyən müstəqil siyasət yeritdiyinə görə Aİ tərəfindən tez-tez tənqid olunur.

QAZİLER.AZ

Избранный
12
qaziler.az

1Источники