RU

Zaxarova: "Suriyadakı bazaların Aİ-yə dəxli yoxdur"

Rusiyanın Suriyadakı hərbi bazaları məsələsinə müstəsna olaraq ikitərəfli Rusiya-Suriya münasibətləri çərçivəsində baxılacaq.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın Suriya ilə Aİ arasında dialoqun başlamasının şərtinin Rusiya hərbi bazalarının Tartus və Xmeymimdən çıxarılmasının olması ilə bağlı bəyanatını belə şərh edib:

“Rusiyanın Suriyadakı hərbi bazaları məsələsinin Avropa İttifaqına aidiyyəti yoxdur”.

"Cebheinfo.az"

Избранный
7
1
cebheinfo.az

2Источники