RU

Avtomobil idxalının strukturunda elektromobillərin payı artmaqdadır

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 114,79 milyon ABŞ dolları dəyərində 2871 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 3,4 faiz və ya 3,7 milyon dollar, say baxımından isə 4,9 faiz və ya 134 ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk 11 ayında ölkəyə 1,67 milyard dollar dəyərində 82,9 mindən çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3,46 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,38 faiz bəndi çoxdur.

Избранный
21
1
vergiler.az

2Источники