Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin iclasında iştirak edib. SİA xəbər verir ki, Lüksemburqda təşkil olunan tədbirdə CEV-in prezidenti Roko Sikiriç və qurumun İdarə Heyətinin üzvləri bir araya gəliblər.
Roko Sikiriç iclası açaraq bu il həm Avropa, həm də dünya üzrə baş tutacaq yarışlardan danışıb. Həmçinin tədbirdə cari ildə keçirilən qitə ölkələrinin yerli çempionatları və beynəlxalq yarışlar haqqında ətraflı məlumat verilib.
İclasda il ərzində görülən və nəzərdə tutulan işlərin icrası ilə bağlı geniş müzakirələr aparılıb.