RU

“Gərək Tellinin o hərəkətindən sonra salamımı kəsərdim”

“Telli haqqında danışdığım nədir? Onun şəxsiyyətinə toxunmuşam, kiminəsə söymüşəm? Axı mənim danışdıqlarım da nə var ki, deyir ki, Zülfiyyə haqqımda danışıb. Telli sənin nəyindən danışım?” OLAY yazır ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu “Rəngarəng” verilişində deyib.

 
Həmkarı Telli Borçalı ilə aralarında yaşanan qalmaqaldan söz açan sənətçi qarşı tərəfi daha da qəzəbləndirəcək açıqlama verib.
 
Zülfiyyə bildirib ki, onun restoranında Telli elə bir hərəkət edib ki, bundan sonra o qarşı tərəflə münasibətini kəsməli imiş:
 
“Bizim restoranda Telli ilə bağlı problem yaranmışdı. O zaman mən ona deməli idim ki, dur çıx buradan və bir daha ayağın bura dəyməsin. Bəli, onda mən səhv elədim. Gərək mən o zaman Telli ilə haqqı, salamı kəsəydim. Mən dava adamı deyiləm. Nə də həyatımda yalan danışmışam. Əgər mən o mövzuda yalan danışmışamsa Allah mənim bəlamı verin. Kim məni yalan danışmaqda ittiham edirsə Allah onun bəlasını versin. Artıq lalı belə dilləndirirsiniz. Restoranımda problemlər yaranmışdı. Orada Tellinin mənimlə deyil, başqa xanımlarla yaranmışdı problemi. Şükürlər olsun ki, onların hamısı sağ, salamatdır. Hansına da istəsəniz zəng vurub bu məsələ haqqında soruşa bilərsiniz. Mən orada sakitləşdirən tərəf olmuşam. Hər zaman mən ara sakitləşdirən olmuşam indi isə gəlib qalmaqalın içinə düşmüşəm. Bu nə dərəcədə düzgündür? Mən onda deməli idim ki, dur məkanımı tərk elə”.
 
Aşıq deyib ki, qarşı tərəf bu məsələni özü şişirdir: 
 
“Qurana and olsun ki, abırımı qoruyan insanam. Amma məni elə bir həddə gətirib çıxarırlar ki, artıq danışmağa məcbur oluram. Bəlkə də çoxları məni qınayır ki, Zülfiyyə niyə danışır. Burada amma heç bir şye yoxdur. Mənə zarafatlar “Ay dınqılar filan şey filan oldu” deyə bilirsən amma mən “Mən sazımı Telliyə həvalə etmərəm” deyə bilmərəm? Bu bir zarafat idi. Mən verilişdə də vurğuladım ki, bu söhbətlərdən sonra mən Tellini görməmişəm”.

Избранный
2
3
yenilik.az

4Источники