RU

"O, işini şox dəyişib, Azərbaycanda böyük təcrübə topladı"

“Şinnik”in baş məşqçisi Dmitri Çerışev “Krasnodar”ın ölkə çempionatındakı uğurlarından danışaraq, onun baş məşqçisi, əvvəllər “Sabah”a rəhbərlik etmiş Murad Musayevin rolunu qeyd edib.

Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatına danışan Çerışev Musayevin Azərbaycandakı işini xatırlayıb:

"Musayev işini çox dəyişib. “Krasnodar”ı tərk edərək Azərbaycana yollanmışdı.

Orada böyük təcrübə topladı. İndi də onun komandası kifayət qədər maraqlı futbol oynayır.

Çempionluq uğrunda mübarizə aparır. Bu, komandada vəziyyətin yaxşı getdiyindən xəbər verir. Amma Muradın da yaxşı oyunçu seçimi var".

Murad Musayev 2021-ci ilin oktyabrından 2024-cü ilin yanvarına qədər “Sabah”da işləyib.

Избранный
8
sportinfo.az

1Источники