RU

“AirHelp” dünyanın ən yaxşı aviaşirkətlərinin adını çəkdi: AZAL hansı yerdədir?

Bütün dünyada hava yollarının keyfiyyətinin və sürətinin qiymətləndirilməsinə diqqət yetirən “AirHelp” bu sənayenin uğurlu və əksinə, ən pis nümayəndələrinin yeni reytinqini təqdim edib. 109 aviaşirkətin təhlilinə əsaslanan reytinqə 2024-cü ilin yanvar-oktyabr ayları üzrə məlumatlar daxildir.

Bu il göstəricilər Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün xüsusilə maraqlı olub.

Ən yaxşılar və ən pislər

Reytinqin zirvəsində Belçikanın "Brussels Airlines" aviaşirkəti yer alıb. Şirkət 10 üzərindən 8,12 bal toplayaraq liderliyini təmin edib. Daha sonra "Qatar Airways" (8.11) və "United Airlines" (8.04) şirkətləri gəlir.

Ballar nə qədər yüksəkdirsə, aviaşirkətin bir o qədər xidmət keyfiyyətində, uçuşların dəqiqliyində və sərnişinlərə kompensasiya məsələlərində daha uğurlu olduğunu göstərir.

Reytinqin sonuncu pilləsində isə 3,63 balla Tunisin "Tunisair" aviaşirkəti yer alıb.

AZAL - dünya reytinqində TOP-25-də

AZAL "AirHelp" şirkətinin reytinqinə görə, mühüm nəticə qazanıb. Aviaşirkət 25-ci yerdə qərarlaşaraq dünya liderləri sırasında yer alıb.

AZAL-ın bir sıra nüfuzlu aviaşirkətləri siyahıda geridə qoyması bu nailiyyətin əhəmiyyətini daha da artırır. Reytinqlə https://www.airhelp.com/en-int/airhelp-score/ linki vasitəsilə tanış olmaq olar.

Reytinqin ilk 25-liyində "American Airlines", "LOT Polish Airlines", "Etihad Airways", "Air Arabia", "Qantas" və "Air France" kimi böyük bazar oyunçuları da yer alıblar. Bu, aviasiya sahəsində güclü rəqabətin və müştəriyönümlü aviaşirkətlərin uğurunun bariz nümunəsidir.

7,09 bal toplayan AZAL dünyanın ən böyük aviadaşıyıcıları ilə rəqabət aparmaq potensialını nümayiş etdirib.

Almaz Həsənli

Избранный
4
12
oxumeni.az

10Источники