AzVision.az xəbər verir ki, Rusiyanın “İnter RAO” şirkətinin idarə heyətinin üzvü Aleksandra Panina ARVE-nin “Rusiyada bərpa olunan enerji” konfransı çərçivəsində jurnalistlərə bu barədə bildirib.
“Cavab almışıq. Azərbaycan 250-300 MVt həcmində təcili yardım göstərə biləcəyini deyib. Gürcüstan bunun vəziyyətdən asılı olacağı cavabını verib. Əvvəlcədən söz verə bilməzlər, amma vəziyyətdən asılı olaraq müvafiq qərar verəcəklər”, - xanım Panina deyib.
Artıq bu ölkələrdən Rusiyaya elektrik enerjisinin ötürülməsi barədə sualın cavabında Aleksandra Panina Azərbaycandan belə tədarükün edildiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта