RU

Rumıniya klubunun rəhbər şəxsi “Qarabağ”la bağlı bu xəbəri AÇIQLADI

FKSB-nin İdarə Heyətinin nümayəndəsi Mihay Stoyka Avropa Liqasının əsas mərhələsində qarşıdakı rəqibi olan “Qarabağ”ın yeni ilin yanvarında Antalyada (Türkiyə) olacağını bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə rumıniyalı öz ölkəsinin mətbuatına açıqlamasında bildirib. "Sport.ro" portalına danışan klub rəsmisi bunları deyib:

"Yanvarın 12-də təlim-məşq toplanışı çərçivəsində Antalyada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə yoldaşlıq oyunu keçirəcəyik.

Qeyri-rəsmi olmasına baxmayaraq, bizi vacib oyun gözləyir. Yəqin ki, “Qarabağ”ın məşqçiləri və futbolçuları bizimlə bir oteldə qalacaqları üçün tribunada olacaqlar. Bu, həqiqətən gülməlidir".

Daha əvvəl “Qarabağ”ın Suraxanıdakı bazasında qış təlim-məşq toplanışı keçirəcəyi məlum olmuşdu. "Qarabağ" – FKSB oyunu yanvarın 23-də Bakıda keçiriləcək.

Избранный
28
sportinfo.az

1Источники