Çində “Toyota Land Cruiser” avtomobilinin bənzəri hazırlanıb.
Avtosfer.az xəbər verir ki, “Chery iCar V23” elektromobili “Land Cruiser”in FJ40 modelinə bənzəyir. 136 at gücü mühərrikə malik avtomobilin gediş ehtiyatı 500 kilometrdir.
Elektromobil Çində 100 min yuana (13 700 manat) təklif edilir. 3 müxtəlif versiyada təqdim edilən maşının təchizatı da kifayət qədər yüksək səviyyədədir.
Vüqar Yaşaroğlu