RU

Netanyahudan ŞOK Suriya Əmri: 2025-ci ilin sonuna qədər işğal edin!

İsrail mediası Baş nazir Binyamin Netanyahunun Baas rejiminin devrilməsindən sonra Suriyanın Hermon dağındakı bufer zonasının işğalının gələn ilin sonuna qədər davam etməsini əmr etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Kanal 12 televiziyasında yayımlanan xəbərdə Netanyahunun dünən getdiyi Hermon dağındakı bufer zonada İsrail ordusuna bəzi təlimatlar verdiyi bildirilib .
Bildirilib ki, Netanyahu orduya Hermon dağındakı bufer zonada işğalı 2025-ci ilin sonuna qədər davam etdirməyi tapşırıb.

Baş nazirlik mətbuat idarəsindən verilən açıqlamada, Netanyahunun İsrail ordusunun Hermon dağındakı bufer zonasını işğal etməsi ilə bağlı "gələcək üçün təlimatlar təyin etdiyi" ifadə edildi, lakin heç bir detal verilmədi.

Netanyahu Hermon dağındakı bufer zonada verdiyi açıqlamada, oradakı işğalın İsrailin təhlükəsizliyini təmin edəcək bir tənzimləmə tapılana qədər davam edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
7
turkustan.az

1Источники