Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Kredit və İnkişaf Agentliyi "Ağbaba" Kəndli Fermer Təsərrüfatını məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, tərəflər arasında lizinq müqaviləsinə dair mübahisə yaranıb.
Agentliyin iddiasına Gəncə Kommersiya Məhkəməsində baxılacaq.
Yanvarın 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Ramiq Qələndərzadənin sədrliyi ilə keçiriləcək.
Hüseyn