Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF XİN mətbuat katibi Mariya Zaxarova Rusiyanın Suriyadakı Tartus və Hmeymim hərbi bazaları məsələsinin Aİ-yə aidiyyatı olmadığını söyləyib.
Moskva Aİ-nin Rusiyanın Tartus və Hmeymimdəki hərbi kontingentləri məsələsinə müdaxilə etməsinə qarşıdır. RF XİN təmsilçisi bu mövzunu yalnız Dəməşqin yeni hökuməti ilə müzakirə ediləcəyini vurğulayıb: "Rusiyanın Suriyadakı hərbi bazaları məsələsinin Avropa İttifaqına qətiyyən aidiyyatı yoxdur. Bu məsələ sırf Moskva ilə Dəməşqin dialoqu çərçivəsində nəzərdən keçiriləcək".
Bundan əvvəl Aİ-nin diplomatik idarəsi Dəməşq ilə Brüssel arasında münasibətlərin bərpası üçün Rusiyanın hərbi bazalarının oradan çıxarılmasının zəruri olduğunu bəyan etmişdi.
Hürr Tərcüman