RU

Prezident İlham Əliyev: Borrel bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı

Bakı. Trend:

Borrel bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonunyaxşı xarici işlər naziri olardı.

Trend xəbər verir ki, bunu Prezident İlhamƏliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Başdirektoru Dmitri Kiselyova müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib:

"Yeri gəlmişkən, Borrel haqqında danışdıq, mən ona məhəlqoymadım. Bunun ardınca ona hələ bir-iki siqnal göndərməkistəyirəm. Hərçənd mən COP-da çıxışlarımın birində bu barədədanışmışam, hətta Borreldən sitat gətirmişəm ki, o, Avropanınçiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib.

Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun.Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillikəvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziriolardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxtigətirməyib".

Избранный
13
13
az.trend.az

10Источники