Olaylar.az xəbər verir ki, bu barədə İnter RAO-nun İcraiyyə Şurasının üzvü Aleksandra Panina jurnalistlərə bildirib və əlavə edib ki, elektrik enerjisi artıq Azərbaycandan tədarük edilib.
"Biz cavab almışıq. Azərbaycan cavab verib ki, 250-300 MVt həcmində təcili yardım göstərə bilər. Gürcüstan cavab verib ki, vəziyyətdən asılı olaraq qərar verəcək".
O, artıq Rusiyaya həmin ölkələrdən elektrik enerjisinin çatdırılıb-çatdırılmaması ilə bağlı suala belə cavab verib: "Azərbaycandan təchizat olub".
Panina daha əvvəl bildirmişdi ki, Moskva fövqəladə hallarda elektrik enerjisinin verilməsi imkanları ilə bağlı Azərbaycan və Gürcüstana müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31