“Qalatasaray” "Roma”nın argentinalı hücumçusu Paulo Dibalanı transfer edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun vitse-prezidenti Metin Öztürk açıqlama verib.
O bildirib ki, klub futbolçu üçün İtaliya təmsilçisinə artıq rəsmi təklif göndərilib.
Hətta onun meneceri Karlos Novel “Qalatasaray”ın“Trabzonspor”a 4:3 hesabı ilə qalib gəldiyi matçı da izləyib.
İtaliyalı jurnalist Canluka Di Marzio “Qalatasaray”ın argentinalıya 10 milyon avro illik maaş təklif etdiyini bildirib.