RU

Almaniyada iqtisadi geriləmə artır

Almaniyada

Almaniya 2025-ci ilə iqtisadi daralma və siyasi qeyri-müəyyənliklə daxil olacaq. Avtomobil sektorundan sənayeyə qədər bir çox sahələrdə problemlə üzləşən Almaniyada 2025-ci ildə iflas daha yüksək həddə çatacaq.

Reyting.az
xəbər verir ki, Avropa Birliyinin iqtisadi mühərriki olan Almaniya 2025-ci ildə daxili iqtisadi problemlərlə yanaşı siyasi qeyri-müəyyənliklərlə də üzləşəcək.

Sənaye və avtomobil sektorundakı daralma ölkənin iqtisadi gələcəyini təhdid edir və iflasların artacağı gözlənilir. Almaniyada 2024-cü ilin sonuna qədər 22 min 400 korporativin iflas olacağı proqnozlaşdırılır və 2025-ci ildə bu rəqəmin daha da artacağı gözlənilir.

Almaniya iqtisadiyyatı 2024-cü ilin üçüncü rübündə cəmi 0,1 faiz artıb. Bu, ölkəni 2023-cü ildə 0,3 faizlik daralmadan sonra G7 ölkələri arasında daralması gözlənilən yeganə iqtisadiyyata çevirir.

İxracdan asılı olan və ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 30 faizini təşkil edən Almaniya sənayesi Rusiya-Ukrayna müharibəsindən sonra qlobal iqtisadi yavaşlama, artan Çin rəqabəti və yüksək enerji qiymətləri kimi amillərdən mənfi təsirlənir. Üstəlik, alman sənayesinin nəhəng şirkətləri hər gün iflas elan edir, on minlərlə insan işsiz qalır.

“Creditreform”un məlumatına görə, Almaniyada 2024-cü ilin sonuna qədər 22 400 korporativin iflası gözlənilir. Bu rəqəm 2025-ci ildə rekord həddə çata bilər. Xüsusilə xidmət sektoru, qida və içki, pərakəndə satış və tikinti sahələrində iflasların artdığı müşahidə edilir.

Bu il ərzində dövriyyəsi 10 milyon avrodan çox olan 160-dan çox şirkət müflis olub. Federal Statistika İdarəsi bildirir ki, sentyabr ayında iflas müraciətləri əvvəlki ilə nisbətən yüzdə 13,7 artıb.

Halle İqtisadi Tədqiqatlar İnstitutunun (IWH) məlumatına görə, iyul-sentyabr dövründə 3 min 991 şirkət iflas üçün müraciət edib ki, bu da son 14 ilin ən yüksək rüblük iflas göstəricisidir.

Alman şirkətlərinin üzləşdiyi çətinliklərin digər mənbəyi beynəlxalq ticarətdir. Çin bazarını itirən alman şirkətləri ABŞ-dan yeni təhlükə ilə üz-üzədir. ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxala 10-20 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, ABŞ Almaniyanın ən böyük avtomobil alıcısı idi və alman avtomobilləri ABŞ bazarına ildə təxminən 400 min avtomobil ixrac edilirdi. Hazırkı vəziyyət isə Almaniyanın ixracatında ciddi bir daralmaya səbəb ola bilər.

2024-cü ilin sonuna kimi sənaye istehsalının 2,3 trilyon dollara çatacağı gözlənilir. Əlavə dəyər istehsalı 771,5 milyard dollara çatacaq. Bu rəqəm sənaye sektorunun hələ də güclü olduğunu göstərir, lakin mövcud iqtisadi qeyri-müəyyənliklər istehsala və məşğulluğa mənfi təsir göstərəcək.

Almaniyada sənaye sektorunda çalışan işçilərin sayının 8,26 milyon, məşğulluq nisbətinin isə 26,9 faizə çatacağı gözlənilir.

V. QULİYEV
Избранный
7
reyting.az

1Источники