RU

Pevtsov millimizdən AYRILDI

“Mən Azərbaycanı 3 Olimpiya Oyunlarında fəxrlə təmsil etmişəm və bu, mənim üçün həmişə böyük şərəf olaraq qalacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri triatlonçu Rostislav Pevtsov deyib. Ukrayna əsilli idmançı Azərbaycan bayrağı altında çıxışına yekun vurub.

Pevtsov sosial şəbəkə hesabında bildirib ki, bundan sonra yarışlara doğma ölkəsinin adından qatılacaq:

“Azərbaycanda 10 il keçirdim və deyəsən, vətənə qayıtmağın vaxtı çatıb. Gözəl illər idi. İdmanda çox şeylər qazanmışam və bütün əsas nailiyyətlərimə Azərbaycan bayrağı altında imza atmışam. Hiss edirəm ki, doğma ölkəm - Ukrayna üçün əhəmiyyətli bir şeyə nail olmaq üçün hələ də gücüm var”.
 

Bu illər ərzində Rostislav üç olimpiadada iştirak etməklə yanaşı, həm də Bakıda keçirilən Avropa Oyunlarında bürünc medal qazanıb, Avropa çempionatının mükafatçısı və Dünya kubokunun qalibi olub, eyni zamanda, Avropanın ən yaxşı triatlonçusu seçilib.


“Azərbaycana, məni əhatə edən və dəstəkləyən bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Bu 10 il eniş-yoxuş, kəşflər və maraqlı sərgüzəştlərlə dolu olub”, - deyə Pevtsov etiraf edib.

O, qazandığı nailiyyətlərdə əməyi olan hər kəsə minnətdarlığını ifadə edib:

“Mənə inanan və böyük zirvələrə çatmağımda kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Çox sağ olun. Ümid edirəm ki, biz uzun illər dost olaraq qalacağıq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
25
1
bizim.media

2Источники