RU

Rusiya çıxılmaz durumda: Ən yaxın müttəfiqinə də tədarükü kəsdi

2024-cü ildə Rusiyadan elektrik enerjisi ixracının həcmi 8,5 milyard kilovatsaat olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə “İnter RAO”-nun idarə heyətinin üzvü Aleksandra Panina bildirib. Bu, Çinə elektrik enerjisinin tədarükünün azalması səbəbindən baş verib. Onun sözlərinə görə, bu il Çinə nəqlin həcmi 0,9 milyard kilovatsaat olub. 2023-cü ildə isə 3,1 milyard kilovatsaat olub.

“Hazırda biz Çinə 0,9 milyard kilovatsaat enerji veririk. Çin üçün 2 milyarddan çox azalma var, vəziyyət yaxşılaşmır, kifayət qədər gərgin olaraq qalır. Ona görə də minimum tədarükümüz var. Bu rəqəm hər an sıfıra enə bilər”, - Panina qeyd edib.

Onun sözlərinə görə, azalma Uzaq Şərqin enerji sistemindəki defisitlə bağlıdır.

Publika.az

Избранный
3
1
hurriyyet.az

2Источники