RU

Donald Tramp Kanadanın ABŞ-a birləşməsinin üstünlüyündən danışıb

Kanadanın 51-ci ştat kimi Birləşmiş Ştatlara birləşməsi vergilərdə və müdafiəyə xərclərində əhəmiyyətli qənaətə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp bu barədə Kanadanın Birləşmiş Ştatlara qoşulmasının faydaları barədə danışarkən bildirib.

“Kanadalıların əksəriyyəti ölkələrinin ABŞ-ın 51-ci ştatına çevrilməsini istəyir. Məncə, bu əla fikirdir”, - deyə Ağ evin gələcək sahibi özünün sosial media hesabında yazıb.

Trampın sözlərinə görə, ABŞ-ın qonşu ölkələrə nə üçün ildə 100 milyard dollardan çox subsidiya verdiyi başa düşülən deyil.

Dekabrın əvvəlində Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə görüşü zamanı ondan qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini aradan qaldırmağı tələb edib. O, həmçinin bu ölkədən, eləcə də Meksikadan gələn mallara 25 faizlik rüsum tətbiq oluna biləcəyini açıqlayıb. Birləşmiş Ştatların yeni seçilmiş prezidenti rüsumların ölkə iqtisadiyyatını məhv edəcəyi barədə Castin Trüdonun iradına cavab olaraq Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyini deyib.

Избранный
3
2
yeniazerbaycan.com

3Источники