RU

İlham Əliyev Ermənistanın işğal illərində Azərbaycana vurduğu zərərin 150 milyard dollardan çox olduğunu açıqlayıb

“Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub”.

FED.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

“Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir”, - deyə Prezident vurğulayıb.

Избранный
22
6
fed.az

7Источники