RU

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətini təmin etməyib

Dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsi iqtisadçı alim Qubad İbadoğlunun ölkədən çıxışına qoyulmuş qadağanın ləğv edilməsindən imtina ilə bağlı şikayəti təmin etməyib.

Müdafiə tərəfi İbadoğlunun dekabrın 17-də Avropa Parlamentində Saxarov adına mükafatın təltifetmə mərasimində iştirak etmək dəvətini qəbul edə bilməsi üçün qadağanın ləğv edilməsini xahiş etmişdi. Bu mükafatın finalçılarından biri İbadoğlu idi. Lakin dekabrın 3-də Nərimanov Rayon Məhkəməsi bu xahişi təmin etməyib.

Dekabrın 17-də Qubadoğlu tədbirə onlayn qoşulmalı idi. Lakin həmin vaxt onun mənzilində stasionar və mobil internet kəsilib.

Bundan əvvəl məhkəmə iki dəfə İbadoğlunun ağır ürək əməliyyatı olması üçün ölkədən çıxışına qoyulmuş qadağanın ləğv edilməsi haqqında xahişini təmin etməyib.

*  İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib. Ona qarşı CM-in 204.3.1-ci (saxta pulların satılması), həmçinin 167-3.1-ci (ekstremist materialların saxlanması və yayılması) maddələri ilə ittiham irəli sürülüb.

Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

22 aprel 2024-cü il tarixində məhkəmə müdafiə tərəfin İbadoğlunun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin edib.

Lakin mayın 4-də polis əməkdaşları ona uzaqdan müşahidə üçün elektron qolbaq taxıblar.

Sentyabrda İbadoğluya onun işi üzrə istintaqın dayandırıldığı bildirilib, lakin onun ölkədən çıxışına qoyulmuş qadağa ləğv olunmayıb.

Избранный
9
3
turan.az

4Источники