RU

Ranyeri: “Mənə “Roma”da olmağa şad olan futbolçular gərəkdirlər”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri argentinalı hücumçu Paulo Dibalanın “Qalatasaray”a mümkün keçidi haqda məlumatı cavablayıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Hər kəs öz rolunu oynayır və öz işini icra edir. Ona sahib olduğum üçün və idman formasında olanda oynadığı üçün şadam. Əgər onun üstünlük verdiyi başqa məqamları varsa, o zaman hər iki tərəf bu barədə razılığa gəlməlidir. Əgər qalmaq istəmirsə, deməli, hər zaman ayrılmaq seçimi var. Mən yalnız burada olmaqdan şad olan oyunçuları istəyirəm”, deyə Ranyeri vurğulayıb.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlamış Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “Qoca sinyora”nın düşərgəsindən azad agent qismində öz heyətinə qatıb. Argentinalı hücumçunun “Roma” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində 18 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötermə ilə fərqlənib.

Dibalanın “Roma”nın heyətində çıxışının ümumi mənzərəsi 95 oyun, 36 qol vurub və 19 məhsuldar ötürmədən ibarətdir.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Dibala 2015-ci ilin oktyabr ayında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022-ci illər mövsümü Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Избранный
12
arena.az

1Источники