RU

Bəzi yerlərə qar yağır - Faktiki hava, Yenilənib

Hazırda Şahdağ və Qaxda (Sarıbaş) dekabrın 18-i saat 16:00-a olan məlumata əsasən qar yağır...

Poliqon xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir.

Küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s-yə çatır. Bu da narıncı xəbərdarlığa uyğundur.

Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır. Bu da sarı xəbərdarlığa uyğundur.

***

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Poliqon-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.

Bu, sarı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.

***

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi yerlərdə güclü qərb küləyi əsib.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında və Şəkidə 25 m/s, Naftalanda 24 m/s, Ağsuda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Ağdam, Şahdağ, Kəlbəcər, Bərdədə 20 m/s, Şabran, Mingəçevir, Tərtər, Daşkəsən, Altıağac, Qəbələdə 18 m/s, Yardımlıda 17 m/s, Zəngilanda 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Poliqon.info

Избранный
2
24
poliqon.info

10Источники