Tacikistan Prezidenti Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (TXDP) sədri seçilib. Yeniavaz.comxəbər verir ki, onun namizədliyi respublikanın hakim partiyasının Düşənbədə keçirilən 15-ci qurultayının iştirakçıları tərəfindən dəstəklənib. Bundan başqa, qurultayda partiyanın Mərkəzi İcraiyyə Komitəsinin yeni tərkibi, onun rəhbərliyi və digər partiya orqan və strukturlarının tərkibi təsdiq edilib.