![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/4/1/1/8e887df5-2c05-47c5-898c-b448adc52fac/emomeli-rahmon.jpg)
Tacikistan Prezidenti Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (TXDP) sədri seçilib.
Yeniavaz.com xəbər verir ki, onun namizədliyi respublikanın hakim partiyasının Düşənbədə keçirilən 15-ci qurultayının iştirakçıları tərəfindən dəstəklənib.
Bundan başqa, qurultayda partiyanın Mərkəzi İcraiyyə Komitəsinin yeni tərkibi, onun rəhbərliyi və digər partiya orqan və strukturlarının tərkibi təsdiq edilib.