RU

Kanada ABŞ-ın 51-ci ştatı olacaq?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Kanada ABŞ-ın yeni ştatı olacağı təqdirdə ölkə vətəndaşları vergilərə və müdafiəyə əhəmiyyətli dərəcədə qənaət edə bilərlər.

Editor.az bildirir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. “Heç kim cavab verə bilməz ki, niyə biz Kanadaya ildə 100 milyon dollardan çox subsidiya veririk? Bunun heç bir mənası yoxdur! Bir çox kanadalılar Kanadanın Amerikanın 51-ci ştatı olmasını istəyirlər.

Bu, onlara vergilərə və hərbi müdafiəyə xeyli qənaət etməyə imkan verəcəkdi. Məncə, bu əla ideyadır. 51-ci ştat!” – deyə Tramp bildirib.
Bir gün əvvəl Tramp NBC telekanalına müsahibəsində Kanadanın ilhaqının zəruriliyindən danışmışdı.

//Samir Qurbanov, Editor.az

Избранный
5
editor.az

1Источники