Suriyanın paytaxtı Dəməşqin Seyyide Zeynep bölgəsində bir narkotik anbarında çoxlu cəsəd aşkar edilib.
Turkustan.az xəbər verir ki, Baas rejiminin devrilməsindən sonra Suriyada kütləvi məzarlıqlar və meyitlər tapılmağa davam edir .
Aralarında uşaqların da olduğu 20-dən çox adama aid olduğu düşünülən cəsədlərin qalıqları Dəməşqin Seyyide Zeynep bölgəsindəki anbarda tapılıb.
Hadisə yerinə gələn Mülki Müdafiə qrupları araşdırmalara başlayıb. Mülki Müdafiə İdarə Heyətinin üzvü Ammar Selmo verdiyi açıqlamada Seyyide Zeynep bölgəsindəki narkotik anbarında araşdırmaya başladıqlarını bildirib.
Selmo: "Bura dərman anbarı sayılır, ancaq içəridə soyuducu anbar tapdıq. Anbarın çürüyən cəsədlərin və skeletlərin saxlandığı bir sahəyə çevrildiyini gördük. Komandalarımız cəsədləri sənədləşdirməyə çalışır. Çalışırıq ki, skeletləri toplayaq və qurbanların sayını müəyyənləşdirək”.
Daha sonra cəsədlər üzərində DNT testlərinin aparılacağını bildirən Selmo, "Bura Seyyide Zeynep bölgəsidir. Rejim dağılmadan əvvəl bu bölgə İran milislərinin qərargahı idi. Təsəvvür edin, bir milis qüvvəsi bir yer tutur və cəsədləri orada saxlayır. Onların bu cəsədlərə nə etdiklərini, necə öldürüldüklərini bilmirik"-deyə, bildirdi
Aytən Yaşar/ Turkustan.az