RU

Bu restoranda ofisiant müştəriləri pul qarşılığında şillələyir - VİDEO

Yaponiyanın məşhur "Yotteba" barlar şəbəkəsi müştərilər üçün təqdim etdiyi qeyri-adi xidməti ləğv etməyə məcbur olub.

Milil.Az xarici mediaya istinadən xəbər verir ki, söhbət ofisiantların müştərilərin üzünə şillə vurmasından gedir.

Bu xidmət sərxoş müştərilərin daha tez ayılmasına kömək etmək məqsədi daşıyırdı. Müştərilər cəmi 500 yen (təxminən 5.5 manat) ödəməklə üzlərinə şillə vurulmasını xahiş edə bilər, əlavə 100 yen (təxminən 1.1 manat) qarşılığında isə zərbəni endirəcək işçini seçə bilirdilər.

Sosial şəbəkələrdə bu xidmətin görüntüləri geniş yayılmış, hətta "şilləyə dözən" müştərilər alqışlarla qarşılanmışdı.

Lakin müştərilərdən birinin xəsarət aldığı barədə şikayəti səbəbindən bar rəhbərliyi bu xidməti dayandırmaq qərarına gəlib. Bu qərar həm təhlükəsizlik qayğıları, həm də müştəri məmnuniyyətinin qorunması məqsədi ilə alınıb.

Milli.Az

Избранный
14
1
milli.az

2Источники