Moldovanın hazırkı prezidenti Maya Sandu dekabrın 24-də and içəcək.
Moldovanın hazırkı prezidenti Maya Sandu dekabrın 24-də Respublika sarayında keçirilməsi planlaşdırılan andiçmə mərasimindən sonra ikinci prezidentlik müddətinə rəsmən başlayacaq.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin müşaviri Andrian Balutel bildirib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, noyabrın 3-də keçirilən seçkilərin ikinci turunda Sandu 55,33% səs toplayıb.