RU

Qaxda qar yağır - Faktiki hava

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, hazırda Şahdağ və Qaxda (Sarıbaş) qar yağır.

Ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir. 

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır.

Избранный
3
24
avtosfer.az

10Источники