RU

5 ay əvvəl Xınalıq yolunda uçan körpü nə vaxt istifadəyə VERİLƏCƏK? – VİDEO

Quba-Xınalıq yolunun 42-ci km-də uçan Əlik körpüsünün yenidən tikilməsi hava şəraitinə uyğun olaraq aparılır. Bu gün yeni körpünün beton özülü tökülüb. Uzunluğu 10, eni 4,5 metr olması planlaşdırılan körpünün inşasını "Körpü Bina-Tikinti" MMC-nin işçi qrupu aparır.

Quba 5 saylı Yol-istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya açıqlamasında bildirib ki, körpünün tikintisi məsuliyyət və bacarıq tələb edir:

“Körpünün möhkəm və uzunömürlü olması üçün bünövrəsinin düzgün, eləcə də keyfiyyətli qoyulmasından çox asılıdır. Qış aylarında hava imkan verdikcə işlər aparılacaq, bu səbəbdən körpünün istifadəyə veriləcəyi tarix hələ məlum deyil”.

Qeyd edək ki, Əlik körpüsü uçandan sonra o tayda qalmış 5 kəndin əhalisi yol sarıdan çətinlik çəkirlər. Sakinlər alternativ Susay-Quba yolundan istifadə edirlər. Bu yol isə qış aylarında əlverişli deyil. Ona görə camaat yeni körpünün istifadəyə veriləcəyini səbirsizliklə gözləyirlər.
Xatırladaq ki, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisində körpü bu ilin iyulunda güclü sel səbəbindən uçub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Избранный
22
bizim.media

1Источники