RU

Ailələrin aylıq xərci 2500 manatı ÖTDÜ - RƏSMİ

Azərbaycanda əhalinin adambaşına aylıq xərcləri (ərzaq, qeyri-ərzaq və pullu xidmətlər) 600 manatı, bir ev təsərrüfatına düşən aylıq xərc isə 2500 manatı ötüb.

 

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində çəkilən xərclərin ay ərzində adambaşına düşən hissəsi 600,2 manat olub.

 

Əvvəlki ilin eyni dövründə adambaşına aylıq xərclər 566,1 manat idi. Bu il əhalinin adambaşına düşən nominal xərcləri 6 faizdən çox artıb. Bir ev təsərrüfatının aylıq xərcləri isə 2521 manat təşkil edib. Azərbaycanda bir ev təsərrüfatının ölçüsü 4,2 nəfərdən ibarətdir.

 

Qeyd edək ki, əhalinin adambaşına düşən xərclərinin daha çox hissəsi ərzağa (adambaşına 263,2 manat) gedir. Qeyri-ərzağa 216,8 manat, pullu xidmətlərə 120,2 manat xərclənib.

 

Vasif

Sfera.az

Избранный
6
sfera.az

1Источники