Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 8-ci sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Modern.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir:
"Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək".