RU

İsrail-Türkiyə müharibəsi bu tarixdə ola bilər - İsrail mediası

İsrail mediası nəzəri olaraq ilk dəfə 2009-cu ildə irəli sürülən və 2040-cı ilə qədər baş verməsi gözlənilən Türkiyə-İsrail münaqişəsinin hazırda baş verən hadisələr fonunda 2030-cu ildə, hətta daha tez başlaya biləcəyini yazıb.

Ölkə.Az xəbər verir ki, bu barədə "İsrail Radar" portalına bildirib.

Nəşrin yazdığına görə, Türkiyə Suriyanın şimalında “Fırat Kalkanı” (2016), “Zeytun dalı” (2018), Barış Pınarı Haraketi (2019) və Azad Suriya Ordusunun “Azadlıq şəfəqi” əməliyyatı (2024), İraqın şimalındakı “Kararlılık" (2018) və “Pençə” (2019 ) əməliyyatlarını həyata keçirməklə Yaxın Şərqdəki oyunları bir-bir pozmaqda davam edir.

"İsrail Radar" portalı "The Wall Street Journal" qəzetinin "Suriyaya qarşı böyük bir əməliyyat an məsləsidir" yazısını xatırlatmaqla paralel olaraq 2020-ci ildə öz saytında "Yaxın Şərq proqnozları: 2030-cu ilədək İsrail-Türkiyə münaqişəsimi?" başlıqlı məqalə dərc edib. 

Nəşr yazır ki, geosiyasi proqnoz hesabatlarını hazırlayan “Geopolitical Futures” şirkətinin qurucusu Corc Fridmanın 2009-cu ildəki hesabatında İsrail-Türkiyə müharibəsini 2040-cı ilədək proqnozlaşdırılırdı.  

“Türkiyənin xüsusilə son 20 ildə Yaxın Şərqdə ardıcıl əməliyyatlar keçirməsi, mərkəzi İran, Rusiya, ABŞ və İsrail olan terror dəhlizlərini dağıtması, Fələstin davası üçün müqavimət göstərən qruplara verdiyi dəstək planları alt-üst etdi.

Ankaranın tez-tez sərt İsrailə qarşı sərt mövqe sərgilədiyi  məqalədə türklərin Qüdsdəki radikal ünsürlərlə əməkdaşlıq edərək şəhərdəki düşmən təsirlərini genişləndirdiyi bildirilir. Lakin zaman keçdikcə İsrail-Türkiyə rəqabəti kəskinləşə bilər. Qısa müddət əvvəl mümkün olmayan İsrail-Türkiyə münaqişəsi 2030-cu ilədək reallaşa bilər”, - deyə bildirilib. 

Mürtəza
Ölkə.Az

Избранный
20
olke.az

1Источники