RU

“HƏMAS xəstə və yaşlı insanları azad etməyə razılaşıb”

Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasının bir hissəsi olaraq, tibbi yardıma ehtiyacı olan israilli girovları, həmçinin anklavda saxlanılan yaşlı insanları və qadınları azad etməyə razılaşdığı iddia edilir. Bu açıqlama ilə “Əl-Ərəbiyyə” telekanalı çıxış edib.

Onun mənbələrinə görə, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlar üçün həlledici ola bilər. Telekanal bildirir ki, HƏMAS anklavda atəşkəs razılaşmasının birinci mərhələsində hərbi əməliyyatların tamamilə dayandırılması tələbindən imtina edib, lakin israr edir ki, Qəzzanın şimalındakı sakinlər İsrail tərəfindən əlavə axtarışlar aparılmadan öz evlərinə qayıda bilsinlər. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
7
xalqqazeti.az

1Источники