RU

Süni intellekt müəllimlərin iş yükünə necə təsir edir?

Böyük Britaniyada aparılan yeni araşdırmalar göstərir ki, ChatGPT və bənzər süni intellektl dəstəkli çatbotlardan istifadə edən müəllimlər dərs planlaşdırılmasına sərf edilən vaxtı 30% azalda bilər.

TƏHSİL.BİZ  xəbər verir ki, Böyük Britaniyanın Milli Təhsil Fondu tərəfindən aparılan tədqiqatda müəllimlərin ChatGPT-dən səmərəli istifadəsinin onların dərs və tədris resurslarının planlaşdırılmasında iş yükünə təsiri araşdırılıb. 

68 məktəbdən 259 müəllimin iştirak etdiyi araşdırmada müəllimlər ChatGPT-dən şagirdlər üçün suallar və viktorinalar, müxtəlif fəaliyyət ideyaları yaratmaq, həmçinin mövcud materialları hər bir şagird qrupuna fərdi olaraq uyğunlaşdırmaq üçün istifadə ediblər. Müəllimlər daha çox 7 və 8-ci siniflərdə dəqiq elmlərin tədrisinin üçdə birində və fəaliyyət proqramının qurulmasında süni intellektdən istifadə edirlər.

Araşdırmanın nəticəsinə görə, çatbot və ya hər hansı bir süni intellekt dəstəkli proqramlardan istifadə edən müəllimlərin orta hesabla 25,3 dəqiqə vaxta qənaət etdiyi məlum olub. Araşdırmaçılar ChatGPT və bənzər alətlərin müəllimlərin yüksək iş yükü ilə bağlı ciddi problemlərinin həllində yüksək potensialını xüsusi qeyd edirlər. 

Tədqiqat boyunca ChatGPT-nin tədrisin keyfiyyətinə təsirini də nəzərdən keçiriblər. Müəllimlərdən toplanmış dərs materialları və resurslar müstəqil müəllimlər heyəti tərəfindən nəzərdən keçirilib və təhlil nəticəsində müəyyən olub ki, süni intellektin köməyilə hazırlanan material və resurslar arasında nəzərəçarpan fərqlər yoxdur. Lakin onu da bildiriblər ki, araşdırmaya məhdud sayda dərs materialları və resurslar cəlb olunduğu üçün nəticələr gələcəyə yönəlik və perspektivli olsa da, hələlik ehtiyatla yanaşmaq lazımdır. 

Ümumiyyətlə, tədqiqatın məqsədi təhsil sistemində tez-tez qarşıya çıxan ciddi problemin – dərs yükünün idarəolunması məsələsinin həllində yeni yanaşmaları dəyərləndirməkdir. Araşdırmaçılar bildirir ki, əgər süni intellekt bu kimi problemləri həll etmək potensialına malikdirsə, o zaman keyfiyyəti azaltmadan müəllimlərin vaxtına qənaət etmək üçün bu texnologiyalardan necə istifadə ediləcəyini öyrənmək lazımdır. 

Buna görə də Britaniya hökuməti tədris prosesində süni intellektli alətlərdən daha təhlükəsiz və etibarlı istifadə etmək üçün 4 milyon funt sterlinq həcmində investisiya edib. 

Избранный
7
tehsil.biz

1Источники